LAYİHƏ HAQQINDA

ELEKTRON DƏRS RESURSLARI

Bu gün informasiya və rabitə texnologiyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliyyətində şagirdlər tərəfindən kompüterin effektiv istifadə etməsidir. Bu fəaliyyətin həyata keçirilməsində əsas məsələ təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün imkan yaradan elektron dərs resurslarının seçimidir. Elektron cihazların köməyi ilə istifadə olunan dərs materiallarına elektron dərs resursları deyilir.

Dərs materiallarının elektron formada verilməsi həm dərslərin daha effektiv mənimsənilməsinə, həm də biliklərin səviyyəsinin interaktiv formatda yoxlanılmasına imkan yaradır. Elektron dərslərin əsas üstünlüklərindən biri mövzu üzrə müxtəlif mənbələrdən, o cümlədən İnternet resurslarından istifadə olunmasıdır ki, bu da həmin mövzunun daha əhatəli öyrənilməsini təmin edir. Şagirdə müəyyən bir mövzunu mənimsədikdən sonra həmin mövzunu möhkəmləndirmək üçün video dərs, elektron müsabiqə və ya oyun xarakterli müxtəlif elektron resurslar təqdim olunur.

Müasir elektron dərs resurslarının üstünlükləri:

- Geniş paylanması - saytın istifadəsini və elektron resursların dövriyyəsini hesablamaq olar
- İnteraktiv - elektron dərs resurslarında video və audio materialları yerləşdirmək, kompüter animasiyasını yaratmaq mümkündür
- Əlçatan – kompüter, planşet, mobil telefonu vasitəsilə istifadə etmək mümkündür